"Sevilya"nın müdafiəçisi Serxio Ramos Türkiyə Super Liqasında çıxış edə bilər.
“Football-plus.az” xəbər verir ki, 38 yaşlı futbolçunun "Qalatasaray"a yaxın olduğunu yerli mətbuat yayıb.
Təcrübəli mərkəz müdafiəçisinin meneceri İstanbul təmsilçisi ilə əlaqə saxlayıb. Ramosun maaş tələbi uyğun olsa, "sarı-qırmızılar" bu keçidə isti yanaşacaq.
Xatırladaq ki, İspan futbolçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta