AZ

Antoni Blinken Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Antoni

Vaşinqton, 16 may, ABŞ

ABŞ dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

AZƏRTAC-ın Dövlət Departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət katibi Türkiyənin xarici işlər nazirinə zəng edib. Telefon danışığı zamanı tərəflər Gəzzada girovların azad edilməsini təmin etməyə və fələstinlilərin əziyyətini yüngülləşdirməyə kömək edəcək atəşkəsə tez bir zamanda nail olmaq səyləri barədə danışıblar. Regionda davamlı və dayanıqlı sülhün təmin olunması üçün səylər müzakirə edilib.

Blinken Yaxın Şərqdə münaqişənin eskalasiyasının qarşısının alınmasının və Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
322
2
azertag.az

3Mənbələr