AZ

FIFA-ya yeni baş katib təyin edildi

FIFA Şurası rəsmi olaraq Mattias Qrafströmanı (İsveç/Niderland) təşkilatın baş katibi təyin edib.

Bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Mattias Qrafström bundan əvvəl 2023-cü ilin oktyabr ayından FIFA-nın müvəqqəti baş katibi vəzifəsində çalışıb.

“FIFA-nın baş katibi vəzifəsinə təyin olunmaqdan qürur duyuram və FIFA prezidenti Canni İnfantinoya, konfederasiya prezidentlərinə, vitse-prezidentlərə və FIFA Şurasının üzvlərinə belə mühüm vəzifədə futbola xidmət etməyi mənə həvalə etdikləri üçün təşəkkür etmək istəyirəm”, - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
4
oxu.az

5Mənbələr