AZ

Otaqda təmiz hava şirin yuxunun “açarıdır”

Yatmazdan əvvəl otağınızı havalandırmaq yuxu keyfiyyətinizi yaxşılaşdırmaq üçün sadə, lakin təsirli bir üsuldur. Rusiyalı həkim Sergey Aqapkin bu barədə "Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" şousunda daha ətraflı danıçıb.

Bədənimiz gecə olduğunu başa düşmək üçün iki əsas siqnaldan istifadə edir: işıq səviyyəsinin azalması-daha az işıq retinaya çatdıqda və beyin bunun gecə olduğunu başa düşdükdə bu, baş verir və temperaturun azalması- günəş batdıqca ətraf mühitin temperaturu azalmağa başlayır.

Bir çox müasir evlərdə temperatur sabit səviyyədə saxlanılır ki, bu da bədənimizi çaşdıra bilər. Çünki orqanizm gündüz və ya gecə olduğunu anlamaqda çətinlik çəkir. Otağın havalandırılması bədənə temperaturu hiss etməyə və yuxuya hazırlaşmağa imkan verir. Həmçinin havalandırmaq sərinlik gətirmirsə, yatmazdan əvvəl dəsmalı soyuq suda isladıb sıxıb sərin kompres edə bilərsiniz. Bu, bədənə yatmaq vaxtının gəldiyini daha tez başa düşməyə kömək edəcək.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
ikisahil.az

1Mənbələr