AZ

Şəkərdən tamamilə imtina etmək olmaz – SƏBƏBLƏR

Şəkər insan orqanizminə təkcə zavodda hazırlanmış şirniyyatlar şəklində deyil, həm də karbohidratlar, tərəvəzlər və ya meyvələr şəklində daxil olur, buna görə də qlükozanı pəhrizdən tamamilə çıxarmaq mümkün deyil.

Viral.az “lent.az”a istinadən xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina bildirib.

“Şəkər, peçenye, şirniyyat, şirin xəmir və ya ağ çörəyi yedikləriniz arasından xaric etsəniz belə, qlükoza bədənə dənli bitkilər, makaron, kartof, taxıl, süd və ya souslardan daxil olacaq”, – diyetoloq qeyd edib.

Onun sözlərinə görə, şəkər təkcə ət və yağlarda olmur, amma insan təkcə bu qidaları yeyə bilməz.

Sağlam qalmaq üçün pəhrizi balanslaşdırmaq lazımdır.

“Bir çox xəstəlik qanda qlükozanın həddindən artıq olmasıdan yaranır”, – ekspert vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
2
viral.az

3Mənbələr