AZ

“Yuventus” 15-ci dəfə İtaliya Kubokunun qalibi oldu

“Yuventus” futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün qalibi olmaqla 3 illik titul həsrətinə son qoyub.

Arena.az xəbər verir ki, paytaxt Roma şəhərindəki “Olimpiko” stadionunda təşkil olunmuş həlledici oyunda turinlilərin rəqibi “Atalanta” olub.

Baş hakim Fabio Mareskanın idarə etdiyi qarşılaşmanın taleyini bir qol həll edib. Duşan Vlahoviç 4-cü dəqiqədə vurduğu qolla Turin nəhənginə titul qazandırıb.

Qeyd edək ki, bu, Turin klubunun tarixində qazandığı 15-ci İtaliya Kubokudur. Bu göstəricidə sözügedən komanda rekordçudur. “Ağ-qaralar”ın ən yaxın izləyiciləri buna 9 dəfə nail olmuş “Roma” və “İnter” komandalarıdır.

İtaliya Kuboku
Final
15 may

Atalanta – Yuventus 0:1
Qol: Duşan Vlahoviç, 4.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
8
arena.az

10Mənbələr