"Xəsarət alanlarla bağlı məlumat yoxdur. Yanğının ərazisi ölçülür, əlavə məlumat veriləcək".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev bildirib.
O qeyd edib ki, yanğın yerinə 8 yanğınsöndürmə avtomobili, 3 xüsusi texnika və 75 nəfər şəxsi heyət cəlb edilib.