AZ

Rusiya, Çin və İran ABŞ-a qarşı: Bu ölkələrin məqsədi nədir?

“ABŞ-dakı seçkilərə təsir etmək istəyən xarici qüvvələrin, o cümlədən qeyri-dövlət aktorlarının sayı getdikcə artır. Onlar arasında Rusiya, Çin və İran xüsusi yer tutur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes deyib.

“Xüsusilə, Rusiya ABŞ-dakı seçkilərdə ən aktiv xarici təhlükə olaraq qalır. Rusiya ABŞ-ın demokratik təsisatlarına inamı sarsıtmaq istəyir. ABŞ-da ictimai-siyasi parçalanmaları gücləndirmək və Qərbin Ukraynaya dəstəyini zəiflətmək də Kremlin məqsədlərinə daxildir. Amma ABŞ hökumətinin seçkiləri qorumaq səyləri 2016-cı il prezident seçkilərindən sonra xeyli yaxşılaşıb”, – deyə Haynes vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
bakuinform.agency

1Mənbələr