AZ

Abşeronda “Ulu Öndərin izi ilə” - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri Ayşə Məmmədli və Rəhman Məmmədov tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ulu Öndərin izi ilə” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ölkəmizdə hər il olduğu kimi, bu il də böyük ehtiramla qeyd edilir. Qeyd olunub ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi gələcək nəsillər üçün ən böyük ərmağandır. Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyi təmin edilib. Ulu Öndərin əsasını qoyduğu tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Unudulmaz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini ləyaqətlə yerinə yetirərək, doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.

Daha sonra tədbir uşaqlar tərəfindən hazırlanan bədii hissə ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
qht.az

1Mənbələr