AZ

“Yuventus” İtaliya kubokunun qalibi olub

İtaliya kubokunda 2023/2024 mövsümünün qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici matçda “Atalanta” və “Yuventus” qarşılaşıblar.

Romanın “Olimpiko” stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Yuventus”un serbiyalı forvardı Duşan Vlahoviç 4-cü dəqiqədə hesabı açıb. Bu nəticə sonadək dəyişməyib. Turin klubu tarixində 15-ci dəfə İtaliya kubokunu baş üzərinə qaldırıb.

“Atalanta” isə 61 illik kubok həsrəti bitməyib. İlk dəfə 1963-cü ildə turnirin qalibi olan Berqamo sonrakı 5 finalda uduzub. Komanda 2021-ci ildə də finalda “Yuventus”a uduzub.

İtaliya kuboku
Final

“Atalanta” – “Yuventus” – 0:1
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
8
idman.biz

10Mənbələr