AZ

Ruslar iki "Hammer" idarəolunan bombanı məhv ediblər...

Ukrayna silahlı qüvvələri Fransa istehsalı olan “Hammer” idarəolunan bombalardan istifadə edərək Rusiya ərazisinə hücum etməyə cəhd edib.

SİArus saytlarına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində iki aviabombanı məhv edib.

Hərbi idarə aydınlaşdırıb ki, hücumlar Moskva vaxtı ilə saat 20:00-dan 20:30-a kimi dayandırılıb.

Qubernator Vyaçeslav Qladkovun Telegram kanalında verdiyi mesajlara görə, çərşənbə günü axşam Belqorod vilayətində bir neçə dəfə raket sirenası səslənib.

Onun sözlərinə görə, Belqoroda yaxınlaşarkən bir neçə hava hədəfi vurulub. İlkin məlumatlara görə, itki yoxdur. Bununla belə, Belqorod rayonunun Petrovka kəndində elektrik və qaz xətlərində zədələnmə qeydə alınıb, üç fərdi yaşayış evində də zədələnmə aşkar edilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
33
sia.az

10Mənbələr