AZ

“Turan Tovuz” gürcü futbolçunu göndərəcək

Mövsümün sonunda “Turan Tovuz”dan gedəcək futbolçulardan birinin adına aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, gürcü legioner Piruzi Marakvelidze komandanı tərk edəcək. 

Əslində 29 yaşlı yarımmüdafiəçi hələ qış fasiləsində komandadan ayrılmalı idi. Ancaq o, zədəyə görə əməliyyat olunduğu üçün tərəflər ümumi razılığa gələ bilmədilər. 
Futbolçu sonuncu dəfə ötən il sentaybrın ortalarında meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
bizim.media

1Mənbələr