AZ

Fitsonu güllələyən yazıçı danışdı: “Buna görə vurdum” – VİDEO

Slovakiyanın baş nazirini güllələyən yazıçının dindirilməsi zamanı çəkilən görüntülər ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, videomaterialı “TA3″ telekanalı yayıb.

71 yaşlı yazıçı Yuray Çintula bunu hökumətin siyasəti ilə razılaşmadığı üçün etdiyini deyib. O, cinayətin siyasi motivli olduğunu etiraf edib.
“Mən hökumətin siyasəti ilə razı deyiləm”, – Çintula vurğulayıb.

Qeyd olunur ki, atəş açan şəxs Nazirlər Kabinetinin media azadlığını məhdudlaşdırmağa yönəlmiş hərəkətlərinə qarşı çıxır. Telekanal qeyd edir ki, o, baş nazirə hücumu son bir ay ərzində planlaşdırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
bakuinform.agency

1Mənbələr