AZ

Putin Çinə səfər etdi

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının paytaxtı Pekinə səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu, Rusiya dövlət başçısının yenidən seçilib vəzifəyə başlamasından sonra ilk xarici səfəridir.
Diplomatik protokola əsasən, dövlət statusu xarici səfərlərin dərəcəsində ən yüksəkdir. Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun qeyd edib ki,  prezidentin ilk xarici səfəri üçün Çinin seçilməsi təsadüfi deyil.

Vurğulayıb ki, Çinə səfər iki mərhələdə baş tutacaq. Rusiya prezidenti Pekin və Harbinə səfər edəcək.
Pekində Putin həmkarı Si Cinpinlə görüşəcək. Liderlər dar və geniş formatda tammiqyaslı danışıqlar aparacaq, eləcə də qeyri-rəsmi şəkildə ünsiyyət quracaqlar. Rusiya dövlətinin başçısını baş nazirin beş müavini, iqtisadi, diplomatik və təhlükəsizlik idarələrinin rəhbərləri, habelə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət, Rusiya Dəmir Yolları, Rosatom və Roskosmos və  Rusiyanın 20 vilayətinin rəhbərliyi də müşayiət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
bakivaxti.az

1Mənbələr