AZ

“Ağ çiçəyim” gül mağazası yanır — VİDEO (YENİLƏNIB)

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu  barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 


xxx

Bakıda güclü yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül mağazası yanır.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
5
demokrat.az

10Mənbələr