AZ

London Ukraynaya qoşun yeritməyəcək...

...London Qərb qoşunlarının Ukraynaya göndərilməsini zəruri hesab etmir.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirib.

O,Ukraynaya “çəkmələr” göndərməyi təklif etmir və bunu mümkün hesab etmir.

...Mən də bunun lazım olduğunu düşünmürəm,- deyən Şappsınsözlərinə görə, Qərb “Ukrayna müttəfiqlərinin lazımi şəkildə maliyyələşdirildiyinə, lazımi təlim keçdiyinə və onlara lazım olan bütün avadanlıqlara çıxış əldə etməsinə” əmin olmalıdır.

Şapps hesab edir ki, Kiyevin müttəfiqləri Ukraynaya kömək etmək üçün yeni yollar tapmaqdansa, Londonun dəstəyinə uyğun olaraq mövcud dəstəyi artırmağa diqqət etməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
sia.az

1Mənbələr