AZ

“Qızılgüllərin müharibəsi”: Bred Pitt yenidən məhkəməyə verildi

Bred Pitt və Ancelina Coli arasında 2008-ci ildə alınan “Chateau Miraval” şərab zavodu ilə bağlı hüquqi çəkişmə bitmək bilmir.  Keçmiş həyat yoldaşları daha faydalı istifadəyə layiq bir əzmkarlıqla bir-birlərini məhkəməyə verirlər. 

 

Sfera.az bildirir ki, indi Colinin səhmlərini satmağa çalışdığı “Tenute del Mondo” şirkəti, Pitt və onun şirkəti “Mondo Bongo”ya qarşı yeni iddia qaldırıb. Ancelinanın səhmlərini satdığı şirkət Bred illərdir layihələrini maliyyələşdirmək üçün “Chateau Miraval”dan “şəxsi donuz bankı” kimi istifadə etdiyini iddia edib.

 

Qeyd edək ki, Pitt daha əvvəl “Tenute del Mondo”nu məhkəməyə verərək, Colinin şərab zavodundaki paylarını almaq hüququnun olmadığını iddia etdiyi üçün bu iddia əks iddiadır.


Məhkəmə sənədlərində müzakirə olunan layihələr arasında hovuz da var. Onun təmirinə bir milyon dollardan çox pul xərclədiyi iddia edilir. Səsyazma studiyası, kosmetika xətti və cin (içki) brendindən də bəhs edilir.

 

"Pitt milyonlarla pulunu ona şəxsi mənfəət gətirən layihələrə xərcləyib. Vəziyyəti daha da pisləşdirmək üçün Pitt şirkət aktivlərini “Studio Miraval” səsyazma studiyası, “Le Domaine” kosmetika xətti və cin markası “The Gardener” daxil olmaqla, başqa bizneslərinə yönəldib”- deyə iddiada qeyd edilir. 

 

İddiaçı həmçinin aktyoru və onun şirkətini maliyyə fəaliyyətini gizlətməkdə və yeni səhmdarların şərab zavodunda iştirakına mane olmaqda ittiham edib.


"Pitt və “Mondo Bonqo” “Chateau Miraval” şəxsi donuz bankına çeviriblər. Onlar “Chateau Miraval”ın vəsaitlərindən istifadə edərək bir sıra əməliyyatlar aparıblar ki, bu da “Tenute”ni qanuni mənfəətdən və kredit ödənişlərindən məhrum edib” - deyə şirkət bildirib.  

 

Qeyd edək ki, “Chateau Miraval” uğrunda məhkəmə çəkişmələri artıq uzun illərdir ki, Pitt və Coli arasında “müharibə” mövzusudur. İnsanlar zarafatla bunu “Qızılgüllər müharibəsi” adlandırırlar.

 

Beynəlxalq içki şirkəti “Stoli Group”un şərab filialı olan “Tenute” iddiaya görə, külli miqdarda dəymiş ziyanın ödənilməsini tələb edir.

 

 

Eyni zamanda, mənbələr bildiriblər ki, “Tenute rose” şərab markasının adının tanınmasına ləkə gətirməyə çalışır. Onların fikrincə, “Chateau Miraval”ın uğuru birbaşa Pittin idarəçiliyi ilə bağlıdır və vəsaitlərin sui-istifadəsi ilə bağlı ittihamlar yalandır, çünki bu, şərab zavodunun nüfuzuna xələl gətirəcək.


Xatırladaq ki, Coli və Pitt 2008-ci ildə 1200 hektarlıq Fransız mülkü olan “Chateau Miraval” və üzüm bağını 60 milyon dollara alıblar. Onların şirkət üzərində səhmləri müvafiq olaraq 40% və 60% idi. Ancaq toy üçün aktyor həyat yoldaşına ailə biznesində daha 10% pay verib və beləliklə, cütlük şərab zavodunun bərabər sahibləri olublar.

 

Pittin səyləri və biznesə qoyduğu sərmayələr sayəsində əmlakın dəyəri hazırda 164 milyon dollardır.

 

Boşandıqdan sonra Pitt, imtina etmək istəsə, şərab zavodunu ailə biznesində saxlamaq üçün Colinin payını özü almağa çalışıb. Lakin sərt münasibətlərə görə razılaşma uğursuz olub. Bred 2021-ci ildə özünün razılığı olmadan “Chateau Miraval”dakı 50% payını rusiyalı oliqarx Yuri Şeflerə satan Ancelinanı alqı-satqı müqaviləsini pozmaqda ittiham edib.


Colinin dediyinə görə isə, zavodu Pittə 54 milyon dollara satmaq təklifi onun tələblərinə cavab vermədiyindən, sövdələşmə baş tutmayıb.

 

Aysel

Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
sfera.az

1Mənbələr