AZ

MDU-da “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nə start verilib - FOTO

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 13-18 may tarixlərində keçiriləcək “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin açılışı olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbələr, magistrantlar və şagirdlər iştirak ediblər.

İlk olaraq qonaqlar tələbələrin tərtib etdikləri rəqəmsal inkişafla bağlı “Arzular ağacı”na ürək sözlərini və təkliflərini yazıblar. Tələbə gənclər qonaqlara “Hər bir yeni rəqəmsal həll ətraf mühitin mühafizəsinə töhfəmizi artırmaq üçün növbəti fürsətdir” sloqanlı ağac tingləri bağışlamaqla ölkədə yaşıllıqların artırılmasına töhfə verməyə, hər kəsi ağac əkmək və qorumaq sahəsində fəal olmağa çağırış ediblər.

Sonra MDU tələbələrinin startap layihələrinin və Mingəçevir şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin innovativ layihələrinin təqdimatı izlənilib.

Tədbirin açılış mərasimi Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov ilk olaraq qonaqları salamlayıb. Rektor BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini vurğulayaraq, 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının yaratdığı imkanları diqqətə çatdırıb.

Ş.Bayramov “Yaşıl IT həftəsi"nin məqsədini açıqlayaraq, “MDU 2030: İnkişaf Strategiyası”nın dayanıqlı və rəqəmsal inkişaf hədəflərindən bəhs edib, startap fəaliyyətinə fəal cəlb olunan tələbə və əməkdaşlara təşəkkürünü bildirib, tədbirin qonaqlarına və tərəfdaşlara minnətdarlığını bildirib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri Sevinc Həsənova, Azərbaycan İES MMC-nin direktoru Təhmasib Hüseynov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının direktoru Elvin Balacanov, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz, Kiber Təhlükəsizlik Platformasının icraçı direktoru Şahin Alıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, "Milli Sec" şirkətinin icraçı direktoru Zaur Qasımov, Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer və "Htech İnvest" şirkətinin icraçı direktoru Orxan Nadirov çıxış edərək tədbiri yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Tədbir “Yaşıl kibertəhlükəsizlik konsepsiyası: rəqəmsal dövrdə ətraf mühitin mühafizəsi” və “Davamlı inkişaf konseptinə baxış: gənc tədqiqatçı perspektivi” mövzularında panel müzakirələri ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
3
tehsil.biz

4Mənbələr