AZ

Bu ərazilərdə qaz olmayacaq


Sabah saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt  şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi,  saat 11:00-dan isə "Ramanı Südçülük sovxozu”na gedən orta təzyiqli qaz kəmərinin və "Xaşa-Xuna(Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.

Bu barədə Gender.Az-a "Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir işləri görülən müddətdə Sabunçu rayonunun (Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsi), Xəzər rayonunun (Xaşa-Xuna qəsəbəsi), Sumqayıt  şəhərinin (2-ci mikrorayon ərazisi) və Sabunçu rayonunun (Maştağa qəsəbəsinin Xanlar küçəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
49
gender.az

10Mənbələr