AZ

BEYNƏLXALQ AKADEMİK SİMPOZİUM: “Qafqaz, Xəzər dənizi və Səfəvilər dövlətinin qaynaqlarda təmsili (orta əsrlərdən erkən müasir dövrlərə qədə

Xəzər dənizi ətrafında yerləşən ölkələrin, xüsusən Azərbaycanın coğrafiyası, əhalisi, mədəniyyəti və siyasi hadisələri tarixən səlnaməçilərin və səyyahların diqqətini cəlb etmiş və onlar bu məsələlər haqqında öz əsərlərində məlumat vermişlər. Regionun tarixi keçmişini olduğu kimi qələmə almaq üçün bu məlumatlar misilsiz əhəmiyyət daşıyır. Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 16 may 2024-cü il tarixində “Qafqaz, Xəzər dənizi və Səfəvilər dövlətinin qaynaqlarda təmsili (orta əsrlərdən erkən müasir dövrlərə qədər)” başlığı altında keçiriləcək beynəlxalq akademik simpozium məhz bu məqsədlə yerli və xarici tarixçi alimləri, eləcə də gənc tədqiqatçıları bir araya gətirir. Simpoziumun daha bir məqsədi isə professional və təcrübəli ekspertlərin gənc tədqiqatçıları regionun tarixi və mədəni keçmişinə interdisiplinar yanaşma tətbiq etməklə yeni metodlarla tanış etməkdir. Beynəlxalq akademik simpoziumda AMEA və ölkəmizin bir sıra ali məktəblərinin tarixçi alimləri və gənc tədqiqatçıları ilə yanaşı dünyanın bir sıra ölkələrindən tanınmış tədqiqatçıları iştirak edəcək. Onlar Böyük Britaniyanın Oksford Universitetini, ABŞ-ın Tuleyn Universitetini, Tokio Xarici İşlər Universitetini, Cavaxişvili adına Tbilisi Dövlət Universitetini, habelə Ukrayna, İtaliya və Macarıstanın müxtəlif ali məktəblərini təmsil edirlər. Yerli və xarici tədqiqatçılar simpoziumda orta əsrlər və erkən yeni dövr üzrə müxtəlif mövzularda məruzələri nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
1
yenilik.az

2Mənbələr