AZ

“Ağ çiçəyim” gül mağazası yanır - VİDEO

Yanğınla bağlı Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirləri görür.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

*** 23:43

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

    *** 23:39

    Məşhur gül salonu "Ağ çiçəyim" yanır. 

    Bakıvaxtı.az xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb. 

     

     

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    125
    48
    bakivaxti.az

    10Mənbələr