AZ

Bakıda gül mağazasında güclü yanğın başlayıb

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın başlayıb. Avtosfer.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
21
avtosfer.az

10Mənbələr