AZ

Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub

Ülvi

Bakı, 15 may, AZƏRTAC

May ayının 15-də tənqidçi-esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf” nəşrlər evinin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib.

AZƏRTAC xəbər verir ki, departamentin müəllimi, fil.ü.f.d. Qardaşxan Əzizxanlı tədbiri giriş sözü ilə açaraq kitab barədə danışıb. Sonra müəllif çıxış edərək dərs vəsaitini tələbələrinə ithaf etdiyini bildirib, ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında yığcam məlumat verib.

Professorlardan Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, departamentin müəllimləri fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri - Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi fil.ü.f.d. Rəhman Quliyev, yazarlardan Nərmin Kamal, Şərif Ağayar, Qan Turalı, Səxavət Sahil, Mübariz Örən, “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir bu nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğulayıblar.

Tədbirin sonunda Ü.Babasoy kitablarını imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
4
azertag.az

5Mənbələr