AZ

Məhkəmədən İmran Xanla bağlı qərar

Korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xan zaminə buraxılıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə İslamabad Ali Məhkəməsi qərar qəbul edib.

Məlumata görə, İmran Xan həbsxanadan çıxmayacaq. O, dövlət sirri haqqında qanunu və islami nikah normalarını pozduğuna görə cəzasını çəkməyə davam edəcək.

Qeyd edək ki, İmran Xan birinci iş üzrə 10, ikinci iş üzrə isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
18
milli.az

10Mənbələr