AZ

Azarkeşlər tələb etdi, kapitan köməyə çatdı - VİDEO

"Səbail" Premyer Liqanın 32-ci turunu xalsız başa vurdu.

"Sabah"dan alınan 0:2 hesablı məğlubiyyət həm də böyük ölçüdə komandanın avrokuboklara getmək şanslarını heçə endirmiş oldu.

Qonaq tərəfdarların üzüntüsü də bundan qaynaqlanırdı.

Az sayda fan klub üzvü final fitindən sonra olduqları tribunanı gec tərk etdilər.

Onlar Bayıl təmsilçisinin üzvlərini yanlarına çağırıb, hesabat xarakterli söhbət etdilər.

Bu, onlara heç də tam müəssər olmadı.

Yalnız kapitan Adil Nağıyevin israrından sonra az sayda futbolçu "Dənizçilər" fan klubu olan tribunanın önünə yan aldı.

Tərəfdarlar iradını komandanın yarımmüdafiəçisi Rüfət Abdullazadəyə bildirdi.

Təxminən 1 dəqiqə çəkən məşvərətdən sonra fanatlar futbolçuları alqışlarla paltardəyişmə otağına yola saldılar.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
sportinfo.az

1Mənbələr