AZ

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

"Raiffeisen Bank International" ABŞ Maliyyə Nazirliyindən xəbərdarlıq alıb. Tənzimləyici bankı Rusiyada mövcud olduğu üçün Amerika maliyyə sisteminə çıxışını məhdudlaşdırmaqla hədələyib. 

Valtyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Məktub mayın 6-da göndərilib. ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Rusiya Federasiyasında RBI-nin işindən, eləcə də əvvəllər rusiyalı iş adamı Oleq Deripaskanın nəzarətində olan "Strabag" tikinti konserninin plan payının alınmasından narahatlığını ifadə edib. "Raiffeisen" məktubu aldıqdan bir neçə gün sonra müqaviləni ləğv edib.

ABŞ Maliyyə Nazirliyinin xəbərdarlığı Rusiya vətəndaşları və şirkətləri üçün Qərbə gedən mühüm maliyyə körpüsü olan "Raiffeisen"ə təzyiqi artırır. Əksər beynəlxalq ödənişlər Avstriya bankı vasitəsilə həyata keçirilir. İtaliyanın "UniCredit" şirkəti də Rusiya Federasiyasında öz işini davam etdirir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
valyuta.az

1Mənbələr