AZ

KİV: “Fitsonun vəziyyəti stabildir” – Yenilənib + Video


“Silahlı hücuma məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti stabildir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TA3 telekanalı məlumat yayıb.
Bildirilir ki, baş nazirin əməliyyatı uğurla keçib. O, həkimlərlə danışır və bu fakt ağır yaralanan Fitsonun sağalacağına ümid verir.

***17:53
Slovakiyada Nazirlər Kabinetinin iclasından sonra silahlı insident baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində ölkənin Baş naziri Robert Fitso yaralanıb.
Cinayətkar Fitsoya Qandlova şəhərində hücum edib. Şahidlərin sözlərinə görə, baş nazir hökumətin iclasından sonra yerli sakinlərə yaxınlaşıb, ondan sonra bir neçə atəş səsi eşidilib.
KİV-in məlumatına görə, baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb.
Bildirilir ki, polis hücumdan dərhal sonra şübhəli şəxsi saxlayıb. Yaralı baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
yeniavaz.com

4Mənbələr