AZ

Çin Rusiya və Ukraynanı dialoqu bərpa etməyə çağırıb

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Pekin Kiyev və Moskvanı dialoqu tezliklə bərpa etməyə çağırır.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” məlumat yayıb.

“Çin münaqişə tərəflərini dialoqu və qarşılıqlı fəaliyyəti dərhal bərpa etməyə və gərginliyi birgə azaltmağa çağırır və beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların tezliklə dayandırılması üçün şərait yaratmağa çağırır”, – deyə Qenq Şuanq bildirib.

Qenq Şuanq əlavə edib ki, Pekin münaqişənin bütün müvafiq tərəfləri ilə əlaqələri davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
nocomment.az

1Mənbələr