AZ

Kilsə Paşinyanı devirə biləcək?

Kilsə

ABŞ və Avropa Paşinyanın devrilməsinə səssiz qala bilməz

Ermənistan paytaxtı İrəvanda hakimiyyətə itaətsizlik aksiyaları davam edir. Ermənistan KİV-nə istinadən xəbər verir ki, vətəndaşlar etiraz olaraq dünən bəzi küçələri bağlayıblar. Milli Cəbhə teleqram kanalının məlumatına görə, Teryan-Aram kəsişməsi və Abovyan küçəsi bağlanıb. Etirazçılara rəhbərlik edən keşiş Baqrat Srbazan (Qalstanyan) vətəndaşları bu iqtidarı itaətsizliyə səsələyib.
Paşinyana təzyiqlər artır, Ermənistanda tələbələr də etiraz aksiyalarına qoşulub. Tələbələr Baş nazir Nikol Paşinyan və hökumətinin son 30 ildə iki dəfə müharibədə olduğu Azərbaycanla bağladığı torpaq sövdələşməsinə etiraz edərək, "itaətsizlik günü" çərçivəsində Yerevanda küçələri bağlayaraq, erməni arxiyepiskopunun rəhbərlik etdiyi yürüşlərdəki müxalifət qruplarına qoşulub. On minlərlə erməninin paytaxtın mərkəzi meydanına toplaşmasından bir gün sonra erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan mayın 10-da keçirilən yürüşə rəhbərlik edib və universitet tələbələrini Paşinyana istefa verməsi üçün təzyiq göstərməyə çağırıb.
Onu da qeyd edək ki, qanunverici orqanda təmsil olunan iki müxalifət qrupu parlamentdə baş nazirə etimadsızlıq səsverməsinə başlamağa söz verib. Lakin Paşinyanın “Mülki Müqavilə” partiyasının nəzarətində olan palata və onu təmsil edən yüksək səviyyəli qanunvericilər nə onların, nə də hökumətyönlü həmkarlarının heç birinin belə bir təklifi dəstəkləməyəcəyində israr etdiyinə görə, səsvermənin nə vaxtsa baş tutacağı bəlli deyil. Ermənistan parlamentinin aprelin 30-da keçirilən iclasında hökumətyönlü deputatlar Qalstanyanı rus casusu kimi qələmə verib, onu Azərbaycanla növbəti müharibəni qızışdırmaqda ittiham edib və hətta erməni sərhədçilərini 52 yaşlı arxiyepiskopu zorla hərbi xidmətə çağırmağa səsləyib.
Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi nə bildirib ki, Erməni Qriqoryan kilsəsi etirazlara rəhbərlik edir. Kilsə Ermənistanda siyasi hakimiyyəti dəyişib, Robert Köçaryan klanını hakimiyyətə gətirməyi hədəfləyir. Keşiş Baqrat Qalatsyanın birbaşa rəhbərlik etdiyi aksiyaların hakimiyyəti devirmək potensiali yoxdur.
Onun sözlərinə görə, ABŞ və Avropanın Ermənistanda N.Paşinyanın devrilməsinə səssiz qala bilməz. Belə olan təqdirdə Rusiya Cənubi Qafqazda yenidən mövqeyini gücləndirəcək: "Gürcüstanda və Ermənistanda Qərb və Rusiya arasında meydanlarda toqquşma gedir. Qərb Gürcüstanda müxalifəti, Ermənistanda hakimiyyəti dəstəkləyir. Geosiyasi rəqabət Cənubi Qafqazda həlledici mərhələyə daxil olub. Qərb prosesdə uduzarsa, Rusiya Gürcüstan və Ermənistanda möhkəmlənərsə Azərbaycan üçün də mənfi nəticələri olacaq. Azərbaycan üçün Gürcüstanda və Ermənistanda Qərbin dəstəklədiyi siyasi hakimiyyətlərin olmasıdır. Bu da regionda sabitləşdirici faktordur. Ermənistanda baş nazir Nikol Paşinyan hərəkətə keçmir. Amma, hakimiyyəti üçün irəliləyən günlərdə problem yaranarsa Yerevan və əyalətlərdə çevriliş əleyhinə izdihamlı mitinqlər təşkil edəcək. Kilsəyə xalqın mümkün hücumlarını da reallaşdıracaq. Hazırda Ermənistanda kilsə siyasi müxalifət yolundadır və siyasi hakimiyyət uğrunda mübarizə aparır. Qərbin təlimatı ilə hərəkət edən N. Paşinyanın kilsə üzərində həlledici qələbə qazanacaq".
Politoloq onu da qeyd edib ki, Ermənistanda etirazlarda Qarabağı qaytaracağıq şüarı səslənir. Ermənistan tərəfi Alma-Ata görüşündə sülh müqaviləsindən əvvəl nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını təklif edib. Bununla bağlı müəyyən bir protokolun bağlanmasında maraqlıdır. Ermənistan tərəfinin bu təklifi yekun sülh müqaviləsi bağlamadan çərçivə sazişi ilə mümkün ola bilər. İki ölkə arasında yekun sülh müqaviləsininin də Qazaxıstanda bağlanması razılaşdırılıb: “Amma, Ermənistan da davam edən etiraz aksiyalarında N. Paşinyanın hansı siyasət izləyəcəyi maraqlıdır. Artıq Keşiş Baqratın keçirdiyi etiraz aksiyasında müharibə ilə Qarabağı qaytaracağını elan etdi. Bu, artıq Ermənistanda 1988-ci il "Miatsum" hərakatını xatırladır. Qarabağ məsələsini etirazlara daşınması Azərbaycanı da düşündürməlidir. Təbii ki, prezident İlham Əliyev Şuşada revanşistlərə sərt mesajını verdi. Demək olar ki, Yerevanda keçirilən etiraz aksiyası Qarabağı gündəliyə daxil etməklə, müharibə atmosferinə keçib.
Bunula da Ermənistanda Kilsənin etiraz aksiyası Azərbaycana da təhdiddir. N. Paşinyan bu etirazın qarşısıni almasa, Kilsə və Rusiya regionda yeni münaqişədə maraqlıdır”.
Politoloq, Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter Ura.ru ilə söhbətində deyib ki, Ermənistan Baş naziri Nikola Paşinyanın istefası yalnız siyasi elitanın istəyi ilə baş tutacaq.
"Ermənistanda siyasi elitanın əhəmiyyətli bir hissəsi hesab etsə ki, Paşinyanı devirmək onlar üçün faydalıdır, o zaman bəlkə nəsə dəyişəcək. Amma bu o demək deyil ki, istefa indi baş verə bilər. Məncə, praktiki olaraq Paşinyanı elitadan təhdid edən heç nə yoxdur. Bu etirazlar bu gün ona problem yaratmır. Onun müxalifətə qarşı necə kifayət qədər aqressiv davrandığını və onun tələblərinə qulaq asmaq fikrində olmadığını görürük”, - Vladimir Bruter bildirib.
Ekspert Natiq Cəfərlinin fikrincə isə görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq.
Onun sözlərinə görə, kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər, amma etirazların lideri və simvolu olan “keşiş Qaponun” - Qalstanyanın dünən gedib Köçəryanla görüşməsindən, Qarabağ klanının bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxandan sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indədən söyləmək mümkündür: "Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir, yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülhdən, əməkdaşlıqdan danışır. Bəs Qarabağ klanı, kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər – orta statistik ermənini bu mövzlar ilə cəlb etmək mümkün deyil, özü də prosesdə Qarabağ klanı varsa, heç mümkün deyil. Orta statistik erməni anlayır ki, indi zəifdilər, 100 illik “təhlükəsizlik konsepsiyaları” da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur – yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir.
Dünən İrəvanın baş meydanında 20-25 min adam yığışdı, bu, son illər Paşinyan əlehinə olan ən böyük mitinq idi, amma bu gün və sabah artıq o qədər insan yığışacağını düşünmürəm.
Həmçinin əgər məlum olsa ki, dünən meydana gedənlər arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm, bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır...”

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
45
xalqcebhesi.az

10Mənbələr