AZ

"Azərpoçt" işçi axtarır - VAKANSİYA

Azərpoçt

İşə qəbul üzrə mütəxəssis

Son tarix 15 iyn 2024 - [email protected]

İşə qəbul üzrə mütəxəssis (Bölgələr üzrə)

Vəzifə öhdəlikləri:

  • Poçt filial və şöbələri ilə danışıqlar apararaq işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
  • İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
  • Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək,
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • Bölgələr üzrə məşğulluq agentlikləri ilə işləmək
  • Müsahibələrin keçirilməsi;
  • Təsdiqlənmiş namizədlərə iş təkliflərini təqdim olunması;
  • Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanması, tərəflər ilə kommunikasiyanın aparılması;
  • İşə qəbul testlərinin həyata keçirilməsi;
  • İşçinin qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
  • Çıxış müsahibələrinin aparılması;
  • Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlər bazasının hazırlanması:

Vəzifə üzrə tələblər:

  • İşə qəbul üzrə 1-3 il iş təcrübəsi;
  • Bölgələrdə namizədlərin cəlbi və işə qəbul təcrübəsi mütləqdir:
  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək üstünlükdür;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Operativ qərar vermə və analtik düşüncə;
  • İşgüzar yazışma bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis (Bölgələr üzrə)” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
fed.az

2Mənbələr