AZ

Yığmamız Mərkəzi Asiya çempionatında

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək turnir sabah start götürəcək.

Çempionatda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan yığmaları ilə yanaşı qonşu ölkələrin klubları da iştirak edəcək. Millimiz A qrupunda Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə yarışacaq.

Yığmamız ilk oyununu sabah OKMK klubu ilə keçirəcək. Oyun saat 10:30-da start götürəcək.
Turnirin reqlamentinə görə, qrup mərhələsində ilk iki yerin tutan komandalar yarımfinala yüksələcək.

Qeyd edək ki, turnirə mayın 21-də yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
2
idman.biz

3Mənbələr