AZ

Bakıda evlərini kirayə verənlər necə dələduzların qurbanı oldu? - TƏFƏRRÜATLAR

Evlərini kirayə verdikləri şəxs əmlakları başqasının adına keçirərək satıb.

Xəzərnews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda üçotaqlı evini kirayə verən Rəhim İsmayılov və Turan Nəbilinin başına gəlib.

Onlar iddia ediblər ki, Rauf Kazımov adlı şəxs hər iki vətəndaşı aldadıb.

Zərərçəkənlərin sözlərinə görə, dələduzlar onların 300 minlik evini Rusiya Federasiyasında verilmiş saxta etibarnamə əsasında satıblar.

Digər şikayətçi də iddia edib ki, həmin şəxs onun evini eyni qaydada ələ keçirərək satıb və ölkəni tərk edib.

Zərərçəkən vətəndaşlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. İndi onlar məhkəmənin verəcəyi ədalətli qərarı gözləyirlər.

Ətraflı süjetdə:



.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
309
40
xezernews.az

10Mənbələr