AZ

Paşinyanın açıqlaması Kremli qəzəbləndirdi - Təhdid etdilər

Rusiyada keçirilən prezident seçkilərindən sonra Moskva Ermənistana qarşı ritorikasını sərtləşdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr artıq Rusiyadan Ermənistana açıq hədə və təhdidlərin gəlməyə başladığını bildirir:

“Rusiya Ermənistana qarşı ritorikasını sərtləşdirir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ehtimallarının təsdiqləndiyini, Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının NATO-ya üzv dövlətlərin iştirakı və şübhəli məqsədlərlə Qərbin hərbiləşdirilmiş missiyasına çevrildiyini bildirib. Qaluzinin sözlərinə görə, artıq miqyası azı iki dəfə artırılıb və yeni bazalar açılır. Yaxınlarda AB missiyasının statusu haqqında saziş qüvvəyə minib, bu da missiyaya Ermənistan ərazisində fəaliyyət göstərmək üçün daha əlverişli şərait və sərbəstlik verir.

Qaluzin Qərbi Ermənistanı müharibəyə sürükləməkdə ittiham edib.

Rusiya rəsmisinin açıqlaması birbaşa Ermənistan hakimiyyətinə xəbərdarlıqdır. Paşinyan dünən Kopenhagendə Avropaya inteqrasiya ilə bağlı öz baxışını təsdiqləyib, AB missiyası haqda müsbət fikirlər səsləndirərkən, yenidən Rusiya və KTMT-ni tənqid edib. Görünən odur ki, Rusiya xarici işlər nazirinin müavini ona birbaşa hədə-qorxu ilə cavab verib”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
teleqraf.com

2Mənbələr