AZ

Sui-qəsdə uğrayan Fikonun vəziyyəti ağırdır

Slovakiyanın baş naziri Robert Fikonun sui-qəsd cəhdindən sonra sağlamlıq vəziyyəti son dərəcə ağırdır, əməliyyatı davam edir.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robert Kalinyak mətbuat konfransında bildirib.

"Onun vəziyyəti son dərəcə ağırdır. Sağlamlığı üçün dua edirik. Hələlik yaxşı xəbərimiz yoxdur. Həqiqətən də vəziyyəti çox ağırdır", - Kalinyak deyib. 

Nazirin sözlərinə görə, baş nazirin əməliyyatı davam edir. Əməliyyat artıq 3,5 saatdan çoxdur davam edir.

Mətbuat konfransında iştirak edən Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok Fikonun vəziyyətinin ağır olduğunu və həyatının təhlükə altında olduğunu təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
5
iqtisadiyyat.az

5Mənbələr