AZ

Fərid Cəlalov millimizin Avroliqadakı şanslarını dəyərləndirdi

Qızıl Avropa Liqasına hazıqlaşan kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Fərid Cəlalov yarış haqqında fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları söyləyib:

“Mayın 1-dən etibarən Qızıl Avropa Liqasına hazırlaşmağa başlamışıq. Vaxtımız az olsa da, maksimum şəkildə çalışırıq. Bilirsiniz ki, klub mövsümü yeni bitib. Bizim də əsas məqsədimiz oyunçuları formada saxlamaq, yığma komandanı fiziki və taktiki olaraq hazır vəziyyətə gətirməkdir.

Komandamız əsasən gənclərdən təşkil olunub. Əvvəlki illərlə müqayisədə bu gün heyətdə təcrübəli oyunçuların sayı 4-5 nəfərdir, gənclər isə daha çoxdur. Bu, həm də milli komandada gənclərin yetişməsi baxımından da əhəmiyyətlidir. Həmçinin Azərbaycan Voleybol Federasiyanın gənclərlə bağlı siyasətinə uyğun olaraq bu addımı atmışıq”.

Fərid Cəlalov yığmamızın Qızıl Avropa Liqasındakı şanslarından da söz açıb:

“Şanslarımıza gəlincə, biz həmişə Gümüş Avropa Liqasında iştirak etmişik. Bu dəfə reytinq olaraq daha yüksək yarışa qatılmışıq. Buradakı rəqiblərimiz də daha güclü komandalardır. Amma biz daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik. Əsasən gənclərimizin təcrübə qazanmasına üstünlük veririk. Çünki bir neçə il sonra beynəlxalq yarışlarda bu gənclər iştirak edəcəklər. İnanıram ki, qarşıdakı oyunlar həm gənclərin təcrübə qazanmasında, həm də komandanın inkişafında böyük rol oynayacaq.

Bununla belə, biz məşqçilər heyəti, oyunçular, bütün komanda olaraq var gücümüzlə çalışacağıq ki, ölkəmizi bu yarışda layiqincə təmsil edək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
arena.az

1Mənbələr