AZ

Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO

Slovakiyanın Baş naziri Roberto Fitso Avropada ilk liderdir ki, 2003-cü ildən sonra sui-qəsdə məruz qalır.
 
Sonuncu dəfə Serbiyanın baş naziri Zoran Cinciç 2003-cü ilin martında atışmada öldürülüb.
 
Bu gün Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı sinə, qarın və ətraf nahiyyələrindən güllə yarası alıb. Sui-qəsd nəticəsində yaralanmış Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir
 
Qeyd edək ki, Slovakiyanın Baş naziri Roberto Fitsoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir.
Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxsin onların partiyasının üzvü olması ilə bağlı yayılan xəbərləri təkzib ediblər.(baku.ws)
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
19
moderator.az

10Mənbələr