AZ

Bu qida kişilərə ziyandır, sinəsini böyüdür- Həkim xəbərdarlığı

Quşçuluq fabriklərində toyuqların sadəcə 5-7 həftə ərzində lazımi çəkiyə çatmasını hamı bilir. Təbii ki, bu toyuqların qidasına qatılan xüsusi hormonal dərmanların  sayəsində olur. 

Bəs bu dərmanlar insan orqanizminə zərərli deyilmi?

Hit.az-ın sualını cavablandıran həkim Sevinc Qurbanova bildirib ki, ucuz toyuq döş əti ən təhlükəli növ quş əti sayılır:

"Toyuqların çəkisini sürətlə artırmaq üçün zərərli dərmanlar istifadə olunur. Sənaye istehsalında toyuğun orta ömür müddəti 5-7 həftə təşkil edir, əgər kəsməsələr bu toyuqlar ölür. Kənd toyuqları isə bir neçə il yaşayır, yalnız 1 il bəslədikdən sonra yeməli hala gəlir. İnkubator toyuqlarına yüksək dozada antibiotiklər vurulur, bu o deməkdir ki, quş əti yeyən bütün əhali mütəmadi olaraq, mikro dozada antibiotik qəbul eləmiş olur.

Toyuqların sürətlə kökəlməsi üçün onların yemlərinə estrogen qadın hormonunu tökürlər. Qadınlarda bu hormonun artması menstruasiya dövrün gecikməsinə, kişilərdə cinsi zəifliyə, qadın hormonunun artmasına səbəb olur. Toyuq ətini çox yeyən oğlanlarda sinə qadınlarda olduğu kimi böyüyür".

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
hit.az

1Mənbələr