AZ

Almaniyada rezonans doğuran iş üzrə hökm elan olunub

Almaniyada

Berlin, 15 may, AZƏRTAC

Almaniyanın AfD Partiyasının üzvü, Türingiya federal torpağından olan qalmaqallı siyasətçi Björn Höke ilə bağlı uzun müddət davam edən məhkəmə prosesi başa çatıb.

AZƏRTAC xəbər verir ki, cavabdeh nasist şüarlarının səsləndirilməsinə görə böyük miqdarda cərimələnib. Höke mütəmadi olaraq nasist diktaturası dövrünə müraciət edərək həmin rejimin "yaxşı cəhətlərini" tapmağa çalışması ilə "məşhurlaşıb”.

2021-ci ilin may ayında Merzeburqda çıxışı zamanı Höke uca səslə deyib: "Hər şey Vətənimiz üçün, hər şey Saksoniya-Anhalt üçün, hər şey Almaniya üçün". Bu üçlüyün üçüncü hissəsi - "Alles für Deutschland" - bir vaxtlar hücum dəstələrinin istifadə etdiyi, hazırda qadağan olunmuş nasist şüarıdır.

Prokurorluq Cinayət Məcəlləsinin 86a maddəsinə əsasən Hökenin hərəkətlərini ağır cinayət - konstitusiyaya zidd və terror təşkilatlarının təbliğatı kimi tövsif edib.

2023-cü ilin sonunda Höke qadağan olunmuş şüarı təkrarlayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
azertag.az

2Mənbələr