AZ

Mənzildən 2 maşın zibil çıxartdılar - FOTOlar

Ərzurumun Solakzadə məhəlləsindəki yaşayış binasının zirzəmisindən gələn qoxunu eşidən bina sakinləri bu barədə bələdiyyəyə məlumat veriblər.

News24.az xəbər verir ki, ünvana sövq edilən polis və bələdiyyə qrupları mənzil sahibi Şərafəddin T. ilə görüşüb.

Alzheimer xəstəsi olan və 7 evi olduğu öyrənilən Şərafəddin T.-nin yaxınlarını çağıraraq, evdəki əşyaları daşımaq üçün 5 gün vaxt verib.

Övladlarından ayrı yaşayan Şərafəddin T. xəstəxanada müalicə alarkən, qruplar qanuni müddət bitdikdən sonra zibilxanaya çevrilən mənzili təmizləyib.

Evdən təxminən 20 ton ağırlığında iki zibil maşını çıxıb. Zibillər çıxarıldıqdan sonra ev dezinfeksiya edilib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
news24.az

1Mənbələr