AZ

Həkim günəş kremi haqqında məşhur mifi dağıtdı

Ultrabənövşəyi (UV) indeksi davamlı olaraq azaldıqca, güclü günəşdən qoruyucu vasitələrdən gündəlik istifadə lazım deyil. Belə kremlərdən və spreylərdən həddən artıq istifadə D vitamininin təbii istehsalına mane olur.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail"ə Britaniya Dermatoloqlar Assosiasiyasından doktor Entoni Yanq bildirib.

Həkim açıqlayıb ki, açıq dəriyə sahib olan insanların günəş yanığı və dəri xərçəngi riski digərlərinə nisbətən daha yüksəkdir. Ancaq dermatoloqun fikrincə, bu risklərə ağıllı yanaşmaq lazımdır. UV indeksi (bu göstərici günəş işığının spektrində ultrabənövşəyi radiasiyanın səviyyəsini xarakterizə edir) üç nöqtəyə yüksəldikdə günəşdən qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.

Üstəlik, güclü UV qoruyucu kremləri və spreyləri il boyu hər gün istifadə etmək lazım deyil. Orta illik temperaturu və gündüz saatları aşağı olan soyuq ölkələrin sakinləri bəzən günəşdən qoruyucu vasitələr olmadan çölə çıxa bilərlər, çünki belə ölkələrdə UV indeksi adətən aşağı olur.

Həmçinin qeyd edilir ki, yay günəşində ultrabənövşəyi şüalanma sağlam sümüklər və əzələlər üçün həyati əhəmiyyət kəsb edən D vitamininin təbii sintezində mühüm amildir. Günəş kreminin həddindən artıq istifadəsi onun istehsalının qarşısını alır. Bununla belə, çilləri, çoxlu sayda molləri və anamnezində melanoma olan insanlar günəşə qorunmadan məruz qalmaqdan çəkinməlidirlər. Bu zaman D vitamini üçün gündəlik tələbat xüsusi əlavələr qəbul etməklə ödənilə bilər.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
2
redaktor.az

3Mənbələr