AZ

Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı mitinqlər yenidən başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə xarici agentlər haqqında qanuna etirazlar yenidən başlayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Ötən gün Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfəri saxlayıblar.

 

Bundan əvvəl Gürcüstan paytaxtında etirazçılar ölkə parlamentinin yaxınlığındakı metal çəpəri aşmışlar, ondan bir qədər əvvəl isə xarici agentlər haqqında qanun üçüncü oxunuşda qəbul edilmişdi.

 

Gürcüstan parlamentində xarici agentlər haqqında qanuna baxılması ölkə daxilində və xaricdə müxtəlif reaksiyalara səbəb olub.

 

Qəbul olunarsa, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri xüsusi dövlət reyestrində qeydiyyatdan keçməlidirlər.

 

Bundan əlavə, belə QHT və KİV-lərdən hər il Gürcüstan Maliyyə Nazirliyinə gəlir və xərclər haqqında deklarasiya təqdim etmələri tələb olunacaq.

 

Bundan əvvəl ABŞ Gürcüstandakı etiraz aksiyaları ilə bağlı araşdırma aparmağa çağırıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
32
oxu24.com

10Mənbələr