AZ

Baş nazir güllələnmədən 1 həftə öncə Bakıda nə demişdi? – TƏHLİL

Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edilib. Məlumata görə, o, respublika hökumətinin iclasının keçirildiyi binada atışma zamanı yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Birincisi, Robert Fitso Prezident İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı demişdi: “Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.

İkincisi, Robert Fitso Avropa İttifaqındakı bəzi dairələrin (ehtimal ki, Fransanı nəzərdə tutur) Azərbaycanla əlaqələri nəzərə almamasını kəskin tənqid etmişdi.

Üçüncüsü, baş nazirin səfəri çərçivəsində iki dövlət arasında “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm” - Fitso demişdi.

Görünür, Fitsonun həm Ukrayna ilə bağlı ardıcıl çıxışları, həm də Bakıdan dedikləri Aİ-ni bərk qəzəbləndirib. Sui-qəsdin pərdəarxasında Fitsonun qeyd etdiyi, Avropa İttifaqındakı bəzi dairələrin dayanmasına dair şübhələr var. Daha dəqiq desək, sui-qəsdin sifarişçisi Fransa, icraçısı isə bu ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ola bilər!

Turan Rzayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
5
mia.az

5Mənbələr