AZ

Qubad İbadoğlu siyasətlə vidalaşdı - Partiyası fəaliyyətini dayandırdı

Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.

Mia.az xəbər verir ki, bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qabil Toğrul feysbuk hesabında paylaşım edib.

Qeyd olunur ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə  partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb və məsuliyyəti öz üzərində saxlamışdı: "Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri  qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar verib, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
47
mia.az

10Mənbələr