AZ

Aptekə dərman almağa getdi, ölü olduğunu öyrəndi... - ŞOK HADİSƏ

Aptekə dərman almağa getdi, ölü olduğunu öyrəndi... - ŞOK HADİSƏ



 22:36 15.05.2024     546

Türkiyədə qeyri-adi hadisə yaşanıb. 

Demedia.az xəbər verir ki, Samsunun Yakakent rayonunda yaşayan Şaban Ər (67) mayın 6-da dərmanlarını almaq üçün aptekə getdiyi zaman həyatının şokunu yaşayıb. Belə ki, aptek işçiləri ona “Rəsmi sənəddə ölmüş kimi görünürsən, sənə dərman verə bilmərik" deyiblər. 

Səbəbini araşdıran Ər, mayın 3-də Samsunun Alaçam rayonunda yaşayan eyni adlı başqa bir şəxsin şəxsiyyəti açıqlanmayan Bafra Dövlət Xəstəxanasının təcili yardım xidmətinə aparıldığını və mayın 5-də dünyasını dəyişdiyini, xəstəxana işçilərinin isə hadisəyə heç bir cavab vermədiyini öyrənib. O məsələ ilə bağlı bunları deyib:

"Özümü diri ölü kimi hiss edirəm, dərmanlarımı içə bilmirəm, ürək xəstəliyim, bronxit və astmam var, dərmanlarımı borc almışam".

Aysun / Demedia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
demedia.az

1Mənbələr