AZ

Məşhur bəstəkarın səhhəti pisləşib: "Güclə danışıram"

Bəstəkar Ətiqə Ələkbərovanın səhhətində problem yaranıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində məlumat verilib. Proqramın çəkiliş heyəti bəstəkarın evinə yollanıb. Ətiqə Ələkbərova aparıcı Elgiz Əkbərdən yardım istəyib:

"Özümü çox pis hiss edirəm. Güclə danışıram. Kürəyimdə ağrılar var, mənə kömək et".

Aparcı isə ona yardım əlini uzadacağını söz verib.

Qeyd edək ki, Ə.Ələkbərova 5 il ruhi xəstəxanada müalicə alıb. Bəstəkarın xaricdə yaşayan iki qızı var. Bəstəkar övladının biri ilə danışmır. Digər qızı isə onun üçün maddi yardım göndərir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
2
milli.az

3Mənbələr