AZ

Robert Fitsoya hansı silahdan atəş açıldığı məlum olub

Slovakiyanın Baş naziri Robert Fitso qeydə alınmış qısa lüləli silahdan vurulub.

Qaziler.az bildirir ki, bu barədə “Aktuality” nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, siyasətçiyə sui-qəsddə şübhəli bilinən şəxs 1953-cü il təvəllüdlüdür.

Hələlik tapançanın dəqiq modeli məlum deyil. Nəşr atəş açdığı iddia edilən şəxsin oğlu ilə əlaqə saxlayıb. O, atasının silaha sahib olmaq üçün icazəsinin olduğunu təsdiqləyib. Oğlu həmçinin 71 yaşlı atasının Fitsonu öldürməyə cəhd edə biləcəyini inkar edib.

"Atamın nə demək istədiyini, nə planlaşdırdığını, bunun niyə baş verdiyini deyə bilmirəm", - şübhəlinin oğlu deyib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
qaziler.az

1Mənbələr