AZ

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar

Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.

“İki sahil” xəbər verir ki, parlamentə yürüşdə onlar da təmsil olunur.

Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Gürcüstana səfəri çərçivəsində dörd ölkənin xarici işlər nazirliklərinin rəhbərləri artıq Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
2
ikisahil.az

3Mənbələr