AZ

Gürcüstan Parlamentinin qarşısında yenidən etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna etiraz edən aksiyaçılar yürüş və mitinq keçirirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçıların bir hissəsi əvvəlcə Vaki parkının yaxınlığında toplaşıblar, indi isə Abaşidze küçəsinə doğru yürüş edirlər. Buradakı yürüş iştirakçıları “Çıx çölə, çıx!” şüarları səsləndirirlər. Onları bir neçə polis qrupu müşayiət edir.

 

Yürüş iştirakçılarının bir qrupu Qəhrəmanlar meydanını bağlayıb, bəziləri isə Parlament binası yaxınlığındakı mitinqə toplaşıblar. Onlar da Rustaveli prospektini bağlayıblar. 

Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldir.

 

Mitinqdə Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
7
senzor.az

8Mənbələr