Sabunçu rayonu, Şuşa Ramana qəsəbəsi ətrafında kanalizasiya problemi işıqlandırılmasına rəğmən hələ də həll olunmamış qalır.

Leqal.info xəbər verir ki, mart ayında Sabunçu rayonu, Şuşa Ramana qəsəbəsi ətrafında kanaldan sağa ikinci sahə deyə bilinən ərazinin sakinləri tərəfindən Leqal.info informasiya agentliyinin redaksiyasına kanalizasiya problemi ilə bağlı çoxsaylı şikayətlər daxil olmuşdu. Çox təəssüf ki, bu şikayətlər qüvvədə qalır.

Əvvəlki yazıda da bildirdiyimiz kimi, sakinlərin sözlərinə görə, Sabunçu rayonu, Şuşa Ramana qəsəbəsi ətrafında kanaldan sağa ikinci sahə deyə bilinən ərazidə kanalizasiya sistemi yoxdur, yollar bərbad gündədir. Bütün bu problemlər sakinlər üçün narahatlıq yaradır. Şagirdlər məktəbə gedə bilmirlər, avtomobillərin hərəkəti məhdudlaşır. Sakinlər, həmçinin qeyd edirlər ki, onlar öz vəsaitləri ilə yolları düzəltməsinə baxmayaraq, sözügedən ərazidə kanalizasiya mövcud olmadığı üçün yağış yağan zaman yollar əvvəlki bərbad vəziyyətinə qayıdır.

Təəssüflə bildiririk ki, dəfələrlə sözügedən problemi işıqlandırmağımıza baxmayaraq bununla bağlı aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülmür. Bələdiyyə və Sabunçu İcra Hakimiyyəti Şuşa Ramana qəsəbəsi ətrafındakı kanalizasiya problemi ilə bağlı nə etməyi fikirləşir?

Bir daha qeyd edirik ki, Sabunçu Rayon İcra Hakimiyyəti başda olmaqla, aidiyyatı orqanların bu problemə bu dəfə biganə yanaşmayacağına inanırıq. Ümid edirik ki, sözügedən problem tezliklə həll olunacaq.

Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu
Sabunçu

Leqal.info