AZ

Almaniya kansleri xarici agentlər haqqında qanunu tənqid edib

Almaniya kansleri Olaf Şolts Gürcüstanda müzakirə edilən xarici agentlər haqqında qanunun yanlış addım olduğunu düşünür. 

"Operativ Media" xəbər verir ki, bu barədə o, Berlində İsveçrə prezidenti Viola Amherdlə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən əvvəllər açıq şəkildə dedim ki, bu qanunu səhv hesab edirəm və qəbul edilməməlidir", - Şolts deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti çərşənbə axşamı keçirilən plenar iclasda xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinə baxılmasına aprel ayında başlanılıb. Həmin andan Gürcüstanda genişmiqyaslı etirazlar başlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
1
operativmedia.az

2Mənbələr